29 
Apr
2024
01:37
14
146
3171
yuxarı
İsmayıllının turizm üçün əlverişli kəndində bərbad vəziyyətdə olan yol sakinləri təngə gətirib - VİDEO
29 Apr, 2024
01:37
3171
14
146
İsmayıllının turizm üçün əlverişli kəndində bərbad vəziyyətdə olan yol sakinləri təngə gətirib - VİDEO
İsmayıllının Qaraqaya kəndinin yollarındakı su və palçığa görə, məktəblilər dərsə, valideynlər isə iş dalınca gedib-gəlməkdə çətinlik çəkirlər.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildiriblər ki, kəndin yolları bərbad vəziyyətdə olduğu üçün avtomobillər tez-tez sıradan çıxırlar.
Avtomobillərlə yanaşı piyadaların hərəkəti də çətinləşir. Məktəbə gedən şagirdlər və müəllimlər xüsusən də yağışlı havada əziyyət çəkirlər.
Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, kəndin yollarının əsaslı təmiri nəzərdə tutulub.
Onu da qeyd edək ki, Qaraqaya kəndi İsmayıllı rayonunun səfalı və turizm üçün əlverişli kəndlərindən biridir.
Ətraflı süjetdə:
Bizimlə əlaqə saxlayın
Digər İqtisadiyyat xəbərləri
14 
May
2024
16:03
Mikayıl Cabbarov: “Petkim”in növbəti sərmayələri üçün işlər sürətləndirilir”
17
74
496
14 
May
2024
15:16
Türkiyə və Azərbaycan arasında Türkmənistan qazı ilə bağlı razılıq əldə edildi
119
13
976